Küveytdə müxalifət kütləvi etiraz aksiyası keçirəcək

Küveytdə müxalifət kütləvi etiraz aksiyası keçirəcək
# 04 noyabr 2012 02:42 (UTC +04:00)
Bakı-APA. Bu gün Küveytdə müxalifət seçki qanununda edilən dəyişikliklərə qarşı etiraz aksiyası keçirməyi planlaşdırır.
APA-nın svobodanews.ru saytına istinadən verdiyi xəbərə görə, ölkə rəhbərliyi 20 nəfərdən çox olan yığıncaqları qadağan edib. Bu gün keçiriləcək aksiya iştirakçılarına qarşı gücdən istifadə etmək barədə polisə əmr verilib.
Qeyd edək ki, oktyabrın 21-də müxalifətin keçirdiyi analoji etiraz aksiyası zamanı baş vermiş iğtişaşlarda onlarla nümayişçi və 11 polis əməkdaşı xəsarət almışdı.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR