Astara rayon sakininin həyətyanı sahəsində və evində narkotik vasitə aşkarlanıb

Astara rayon sakininin həyətyanı sahəsində və evində narkotik vasitə aşkarlanıb
# 11 iyul 2012 12:28 (UTC +04:00)
Astara. Ağəddin Babayev – APA. Astarada polisin həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində rayon sakininin həyətyanı sahəsindən və evindən narkotik vasitə aşkarlanıb. Astara Rayon Polis Şöbəsinin(RPŞ) növbətçi hissəsindən APA-nın Cənub bürosuna verilən məlumata görə, şəhərin Kələdəhnə məhəlləsində yaşayan Əhliman İman oğlu İmanzadə şübhəli şəxs qismində saxlanılıb. Onun fərdi həyətyanı sahəsinə baxış keçirilərkən kultivasiya yolu ilə yetişdirilmiş, çəkisi 3 kiloqram olan 9 ədəd çətənə kolu aşkarlanıb. Ə.İmanzadənin evinə baxış zamanı isə 20,82 qram marixuana aşkar edilərək götürülüb.
Faktla bağlı Astara RPŞ-də cinayət işi açılıb, araşdırma aparılır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR