Avropanın Azadlıq və Demokratiya Partiyası da Ramil Səfərovla bağlı qətnaməyə səs verməkdən imtina edib

Avropanın Azadlıq və Demokratiya Partiyası da Ramil Səfərovla bağlı qətnaməyə səs verməkdən imtina edib
# 13 sentyabr 2012 11:04 (UTC +04:00)
AVRONEST PA-da Azərbaycan nümayəndə heyətinin rəhbəri, millət vəkili Elxan Süleymanovun APA-ya verdiyi məlumata görə, iclas ərəfəsində müzakirəyə çıxarılacaq məsələ ilə bağlı siyasi qrup və partiyalar arasında ciddi fikir ayrılıqları yaranıb.

Belə ki, Liberallar Qrupunun ardınca sentyabrın 12-də daha bir fraksiya - Avropanın Azadlıq və Demokratiya Partiyası da Azərbaycan zabiti ilə bağlı qətnaməni müdafiə etməmək haqqında qərar qəbul edib.

Daha bir siyasi qrupun qətnaməni imzalamaqdan imtina etməsinə münasibət bildirən millət vəkili yaranmış vəziyyətdə müzakirəyə çıxarılacaq sənədin bütün siyasi qruplar tərəfindən səsvermə üçün vahid qətnamə təklifi olmayacağını, beləliklə də, qəbul olunacaq sənədin AP-nin prosedur qaydalarına əsasən bütövlükdə Avropa Parlamentinin qətnaməsi deyil, yalnız həmin sənədə səs verən siyasi qrupun bəyanatı səviyyəsində bir sənəd ola biləcəyini vurğulayıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR