İlin sonunadək Bakıda daha bir yol ötürücüsünün tikintisi başa çatacaq

İlin sonunadək Bakıda daha bir yol ötürücüsünün tikintisi başa çatacaq
# 07 avqust 2012 12:57 (UTC +04:00)
Bakı. Əli Əhmədov – APA-Economics. Bu ilin sonunadək Bakı şəhərində Ziya Bünyadov prospektinin Əhməd Rəcəbli küçəsi ilə kəsişməsində yol ötürücüsünün tikintisi başa çatacaq.

«APA-Economics»in «Azəryolservis» ASC-yə istinadən məlumatına görə, uzunluğu 600 metr, eni 28,5 metr nəzərdə tutulan yol ötürücüsü 6 hərəkət zolağından və 11 dayaqdan ibarət olacaq. Yanaşma yolları 272 metr təşkil edəcək yol ötürücüsünün Böyük Şor istiqamətində olan bir tərəfi və istinad divarlarının tikintisi başa çatdırılıb. Hazırda əks istiqamətdə svay-qazma işləri yekunlaşıb, iki kənar dayağın hər ikisi betonlanıb.

«Kommunikasiya xətlərinin köçürülməsinə gəldikdə isə, ərazidə olan elektrik xətləri köçürülüb, su, kanalizasiya, rabitə xətlərinin köçürülməsi işləri davam etdirilir», - deyə məlumatda bildirilir. İnşasına 2011-ci ildə start verilən layihənin 2012-ci ildə başa çatdırılması planlaşdırılır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR