Azərbaycanda SSRİ vaxtında ermənilər tərəfindən saxta faktlarla təqdim olunmuş tarixi abidələr siyahıdan çıxarılacaq

Azərbaycanda SSRİ vaxtında ermənilər tərəfindən saxta faktlarla təqdim olunmuş tarixi abidələr siyahıdan çıxarılacaq
# 14 sentyabr 2012 11:02 (UTC +04:00)
APA-nın xəbərinə görə, layihə barədə komitə sədri Şəmsəddin Hacıyev məlumat verib. Təklif olunan layihəyə əsasən, tarixi abidələrin təsdiqlənmiş siyahısından abidənin adının çıxarılması müvafiq icra hakimiyyəti orqanının (Nazirlər Kabineti) təklifi əsasında, Azərbaycan Milli Elmlər Akademiyasının rəyi nəzərə alınmaqla, müvafiq icra hakimiyyəti orqanı (Mədəniyyət və Turizm Nazirliyi) tərəfindən həyata keçirilir.

Müzakirələrdən sonra layihə MM-in plenar iclasına tövsiyə olunub.

Qeyd edək ki, indiyə qədər Azərbaycan Respublikasının tarix və mədəniyyət abidələrinin təsdiqləmiş siyahısından abidələrin adların çıxarılması qadağan idi. Qanuna dəyişiklik layihəsi qəbul olunandan sonra SSRİ dönəmində ermənilər tərəfindən saxta faktlarla tarixi abidə kimi təqdim olunmuş adların siyahıdan çıxarılması gözlənilir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR