Azərbaycan prezidenti Sudanın xarici işlər nazirini qəbul edib

Azərbaycan prezidenti Sudanın xarici işlər nazirini qəbul edib
# 11 may 2012 14:53 (UTC +04:00)
Bakı – APA. Azərbaycan prezidenti İlham Əliyev mayın 11-də Sudan Respublikasının xarici işlər naziri Əli Əhmed Kartininin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

APA-nın məlumatına görə, Əli Əhməd Kartini Sudan prezidenti Ömər Həsən Əhməd əl-Bəşirin məktubunu və salamlarını dövlət başçısına çatdırıb. O, Azərbaycanın beynəlxalq təşkilatlarda Sudanı dəstəkləməsinə görə minnətdarlığını ifadə edib.

Azərbaycanla Sudanın beynəlxalq təşkilatlarda bir-birinə daim dəstək verməsinin önəmini vurğulayan prezident İlham Əliyev bu əməkdaşlığın bundan sonra da davam etdiriləcəyinə əminliyini bildirib. Dövlət başçısı Sudan Respublikasının xarici işlər naziri Əli Əhməd Kartininin ölkəmizə səfərinin ikitərəfli əlaqələrimizin genişləndiriləcəyi işinə xidmət edəcəyinə ümidvar olduğunu vurğulayıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR