Ucarda minik avtomobili “KamAZ”la toqquşub, 5 nəfər xəsarət alıb

Ucarda minik avtomobili “KamAZ”la toqquşub, 5 nəfər xəsarət alıb
# 03 sentyabr 2012 16:14 (UTC +04:00)
APA-nın yerli bürosunun xəbərinə görə, bu gün saat 18.00 radələrində 10 KH 396 dövlət nömrə nişanlı “VAZ 2107” markalı avtomobil əks istiqamətdən hərəkət edən 21 BD -795 dövlət nömrə nişanlı, “KamAZ” markalı yük maşını ilə toqquşub. Nəticədə minik maşınında olan 5 nəfər Ağsu rayon sakini ağır müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Ucar Mərkəzi Rayon Xəstəxanasının reanimasiya şöbəsində yerləşdiriliblər.

Xəstəxanadan həmin şəxslərdən 3-nün vəziyyətinin ağır, digər 2 nəfərin durumunun is’ nisbətən yüngül olduğu bildirilib.

Faktla bağlı Baş Dövlət Yol Polis İdarəsinin istintaq və təhqiqat şöbəsində araşdırma aparılır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR