İslam İnkişaf Bankı Azərbaycana sərmayələrini azaldıb

İslam İnkişaf Bankı Azərbaycana sərmayələrini azaldıb
# 31 avqust 2012 14:33 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin yanvar-iyul ayları ərzində İslam İnkişaf Bankı (IDB) tərəfindən Azərbaycanın əsas kapitalına yönəldilmiş investisiyaların həcmi 1 041,4 min manat təşkil edib.

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, IDB tərəfindən yatırılan investisiyanın həcmi ötən ilin müvafiq aylarına nisbətən 40% azalıb. Hesabat aylarında xarici ölkələr və beynəlxalq təşkilatlar tərəfindən Azərbaycanda əsas kapitala yönəldilmiş xarici investisiyanın həcmində IDB-nin investisiyalarının xüsusi çəkisi 0,1% olub.

Qeyd edək ki, Azərbaycan 1992-ci ildən IDB-nin üzvüdür. Hazırda IDB-nin Azərbaycan üzrə portfelinin həcmi 1,2 mlrd. ABŞ dollarına bərabərdir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR