Macarıstan XİN və Ədliyyə Nazirliyi Ramil Səfərovun Azərbaycana qaytarılması ilə bağlı birgə bəyanat yayıb

Macarıstan XİN və Ədliyyə Nazirliyi Ramil Səfərovun Azərbaycana qaytarılması ilə bağlı birgə bəyanat yayıb
# 01 sentyabr 2012 18:30 (UTC +04:00)
Bakı. Viktoriya Dementyeva – APA. “Macarıstan Ramil Səfərovun Azərbaycana qaytarılması məsələsində qaydalara uyğun və şəffaflıq ruhunda hərəkət edib”. APA-nın məlumatına görə, bu barədə Macarıstan Xarici İşlər Nazirliyi və Ədliyyə Nazirliyinin Ramil Səfərovun Azərbaycana qaytarılması ilə bağlı sentyabrın 1-də yaydığı birgə bəyanatda bildirilir.

Bəyanatda deyilir ki, Macarıstan rəhbərliyi R. Səfərovun qaytarılması məsələsində 1983-cü ildə qəbul olunmuş məhkumların verilməsi haqqında Strasburq Konvensiyasına əsaslanıb.

“Macarıstan da, onun beynəlxalq tərəfdaşları beynəlxalq hüquqa hörmət edir”, - deyə bəyanatda bildirilir.

Bəyanatda Ermənistanın Macarıstanla diplomatik münasibətləri kəsmək barədə qərarından təəssüf də ifadə olunub: “Macarıstan xristian Ermənistanına, erməni xalqına, onun mədəniyyətinə və adət-ənənələrinə hədsiz hörmətlə yanaşır”.

Qeyd edək ki, avqustun 31-də Macarıstandan Azərbaycana qaytarılan Ramil Səfərov Azərbaycan prezidentinin əfv sərəncamı ilə azadlığa buraxılıb.

Bununla əlaqədar Ermənistan Macarıstanla diplomatik münasibətləri kəsdiyini bəyan edib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR