Almaniyada keçiriləcək 63-cü Beynəlxalq Kitab Sərgisində Azərbaycan da təmsil olunacaq

Almaniyada keçiriləcək 63-cü Beynəlxalq Kitab Sərgisində Azərbaycan da təmsil olunacaq
# 06 oktyabr 2012 11:34 (UTC +04:00)
Bakı. Ülkər Rəşidqızı – APA. Almaniyanın Frankfurt şəhərində 10-14 oktyabr tarixlərində keçiriləcək 63-cü Beynəlxalq Kitab Sərgisində Azərbaycan da təmsil olunacaq. Sərgidə ölkəmizi Mədəniyyət və Turizm Nazirliyin Nəşriyyat, reklamın təşkili və informasiya şöbəsinin İnformasiya və reklam sektorunun müdiri Tehran Vəliyev, həmin sektorun baş məsləhətçisi Aslan Cəfərov, Nazirliyin Mətbuat xidmətinin baş məsləhətçisi Zöhrə Əliyeva, Heydər Əliyev Fondunun əməkdaşı Elşad Bayramov, M.F.Axundzadə adına Milli Kitabxananın direktoru Kərim Tahirov iştirak edəcək. Nazirliyin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, xüsusi dizaynla hazırlanacaq 40 kv.m.-lik sahəni əhatə edən stendimizdə dövlətçilik tariximiz, Qarabağ həqiqətləri, azərbaycanlıların soyqırımı, mədəniyyətimiz, tariximiz barədə 350 adda, 600 nüsxəyə yaxın Azərbaycan, ingilis, alman və rus dillərində nəfis tərtibatlı nəşr məhsulları - kitablar, turizm potensialımız haqqında müxtəlif bukletlər və digər çap məhsulları sərgi iştirakçılarına təqdim olunacaq.

Oktyabr ayının 13-də sərgi çərçivəsində Azərbaycan nümayəndə heyəti, Almaniyanın Mainz Universitetinin bir sıra alimləri, Azərbaycan və Almaniyanın bir çoxa tanınmış dövlət və mədəniyyət xadimlərinin iştirakı ilə, dahi Azərbaycan şairi Nizami Gəncəvinin 870 illik yubileyi ilə əlaqədar tədbirin keçirilməsi də nəzərdə tutulur.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR