ABŞ-da prezidentliyə namizədlərin reytinq fərqi azalıb

ABŞ-da prezidentliyə namizədlərin reytinq fərqi azalıb
# 06 oktyabr 2012 08:58 (UTC +04:00)
APA-nın məlumatına görə, “Reuters” agentliyinin keçirdiyi sorğunun nəticələrinə görə, seçicilərin 44 faizi Mitt Romniyə, 46 faizi isə Barak Obamaya səsə verəcəyini açıqlayıb. Romninin reytinqinin yüksəlməsinə oktyabrın 3-də keçirilən debat səbəb olub. Debatdan öncə Obama rəqibini 6 faiz qabaqlasa da, debatlardan sonra bu fərq iki faizə enib. Maraqlıdır ki, sorğuda iştirak edənlərin 90 faizi debatları izləməyib, lakin onların tam yarısı debatlarda Mitt Romninin Barak Obamadan daha yaxşı çıxış etdiyinə əmindir. Namizədlər arasında növbəti debatlar oktyabrın 16 və 22-də keçiriləcək.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR