Təkmilləşdirmə işləri ilə əlaqədar «Nar Mobile» şirkətinin mobil şəbəkəsində müvəqqəti çətinliklər yarana bilər

Təkmilləşdirmə işləri ilə əlaqədar «Nar Mobile» şirkətinin mobil şəbəkəsində müvəqqəti çətinliklər yarana bilər
# 18 may 2012 09:01 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycanın mobil rabitə operatoru olan «Nar Mobile» şirkəti şəbəkə xidmətlərinin keyfiyyətinin artırılması məqsədilə planlı təkmilləşdirmə işləri aparır.

Şirkətdən «APA-Economics»ə verilən məlumata görə, təkmilləşdirmə işləri ilə əlaqədar olaraq şəbəkədə müəyyən texniki problemlər yarana bilər. Belə ki, təkmilləşdirmə işləri aparıldıqda zənglərin edilməsində və bəzi xidmətlərin istifadəsində müvəqqəti çətinliklər yarana bilər. Nəzərdə tutulan təkmilləşdirmə işləri qısa müddətdə başa çatdırılacaq və geniş xidmətlər tam bərpa olunacaq.

Qeyd edək ki, «Nar Mobile» brendi ilə tanınan «Azerfon» şirkəti 2007-ci ildə fəaliyyətə başlayıb. Hazırda şirkətin şəbəkəsi Azərbaycanın 80%-ni əhatə edir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR