“Vətəndaş cəmiyyətinin möhkəmləndirilməsində QHT-hökumət dialoqu” mövzusunda tədbir keçirilir - FOTOSESSİYA

“Vətəndaş cəmiyyətinin möhkəmləndirilməsində QHT-hökumət dialoqu” mövzusunda tədbir keçirilir - <font color=red>FOTOSESSİYA</font>
# 02 iyul 2012 08:43 (UTC +04:00)
APA-nın məlumatına görə, tədbirdə Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov da iştirak edir.

QHT-lərə Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyev giriş nitqi ilə çıxış edərək deyib ki, respublikada vətəndaş cəmiyyətinin formalaşdırılması, QHT sektorunun inkişaf etdirilməsi üçün dövlətin bilavasitə təşəbbüsü ilə bir sıra mühüm addımlar atılıb. Onun sözlərinə görə, bu işlər həm qanunvericilik, həm də struktur sahəsində görülüb.

Sonra Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov giriş nitqi söyləyib. Bundan sonra toplantı mətbuatın iştirakı olmadan davam etdirilib.

Tədbirdə vətəndaş cəmiyyətinin daha da möhkəmləndirilməsi ilə əlaqədar QHT-hökumət münasibətlərinin inkişafı, QHT-lərin qarşısında duran vəzifələr, QHT fəaliyyətinin səmərəsinin artırılması ilə bağlı müzakirələr aparılacaq.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR