Maliyyə Nazirliyi sığortaçıların rəhbər işçi vəzifələrinə namizədlər üçün imtahan keçirəcək

Maliyyə Nazirliyi sığortaçıların rəhbər işçi vəzifələrinə namizədlər üçün imtahan keçirəcək
# 13 oktyabr 2012 07:34 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev - APA-Economics. Bu ilin oktyabr ayının 15-də Maliyyə Nazirliyi tərəfindən sığortaçıların rəhbər işçi vəzifələrinə namizədlər üçün imtahan keçiriləcək.

Maliyyə Nazirliyinin Dövlət Sığorta Nəzarəti Xidmətindən (DSNX) «APA-Economics»ə verilən məlumata görə, sənədləri DSNX-yə tam olaraq təqdim olunmuş şəxslər Dövlət Sığorta Nəzarəti Xidməti ilə əlaqə saxlayaraq adı soyadı və atasının adı tam göstərilməklə imtahanda iştirak edəcəklərini təsdiq etməlidirlər.

Qeyd edək ki, imtahanlar «Sığorta fəaliyyəti haqqında» qanununun müvafiq maddəsinin tələbinə, həmçinin «Sığortaçıların rəhbər işçisi vəzifələrinə namizədlər və müvafiq sığorta vasitəçiliyi üzrə fəaliyyətə lisenziya almaq istəyən fiziki şəxslər və sığortaçıların rəhbər vəzifələrinə namizədlər üçün attestasiyanın təşkili və keçirilməsi qaydaları»na uyğun olaraq keçirilir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR