Səhiyyə Nazirliyinin “Qaynar xətt” xidmətinə 8297 müraciət daxil olub

Səhiyyə Nazirliyinin “Qaynar xətt” xidmətinə 8297 müraciət daxil olub
# 09 mart 2012 12:37 (UTC +04:00)
Bakı. Sevil Zeynalqızı - APA. 2011-ci il fevralın 24-dən bu il fevralın 24-dək Səhiyyə Nazirliyinin “Qaynar xətt” xidmətinə 8297 müraciət daxil olub. Nazirliyin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, müraciətlərin 4189-u (1083-ü əsaslı, 3106-sı əsassız) şikayət, 2348-i sorğu xarakterli, 1302-si isə cari problemlərlə bağlı olub. 458-i aidiyyəti üzrə olmayıb.
Məlumatda bildirilir ki, “Qaynar xətt”ə daxil olmuş bütün müraciətlər mütəxəssislər tərəfindən araşdırılıb. Daxil olan bütün şikayətlər barədə tədbirlər görülüb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR