Göyçayda avtomobillərdən oğurluq edən şəxslər tutulub

Göyçayda avtomobillərdən oğurluq edən şəxslər tutulub
# 11 iyun 2012 09:19 (UTC +04:00)
Göyçay. Elvin Yaqubov - APA. Göyçay rayonunda oğurluq edən gənclər tutulub. Rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə, 1988-ci il təvəllüdlü Hacıyev Vasif Ağa oğlu və 1989-cu il təvəllüdlü Qəhrəmanov Səxavət Rauf oğlu Göyçay şəhərində müxtəlif vətəndaşlara məxsus iki “Niva”, bir “Tofaş” və bir “VAZ 21010” markalı minik maşınlarından 4 maqnitofon, səsgücləndiricilər və digər maşın əşyaları oğurlayaraq satıblar. Avtomobil sahiblərinin müraciəti əsasında polis əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində əvvəllər məhkum olunmuş V. Hacıyev və onun köməkçisi S. Qəhrəmanov tutularaq istintaqa təhvil verilib. Faktla bağlı rayon Polis Şöbəsi tərəfindən cinayət işi açılıb, araşdırma aparılır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR