İsveçrə hökuməti Hüsnü Mübarəkin banklarda yeni hesablarını dondurub

İsveçrə hökuməti Hüsnü Mübarəkin banklarda yeni hesablarını dondurub
# 25 iyul 2012 22:25 (UTC +04:00)
Bakı-APA. İsveçrə hökuməti banklarda Hüsnü Mübarəkə və onun yaxınlarına məxsus yeni aktivləri aşkarlayıb və dondurub.
APA-nın bbc.com saytına istinadən verdiyi xəbərə görə, dondurulan vəsaitin məbləği 700 mln dollara yaxındır.
Bir qədər əvvəl Mübarəkin 414 mln dollar vəsaiti bank hesablarında dondurulması barədə məlumat verilmişdi.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR