Azərbaycanda pərakəndə ticarət dövriyyəsinin həcmi 9% artıb
24 iyul 2012 14:41 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Bu ilin yanvar-iyun aylarında Azərbaycanda pərakəndə ticarət dövriyyəsinin həcmi əvvəlki ilin eyni dövrünün səviyyəsini 9,2% üstələyərək 8 196,5 mln. manat təşkil edib.
Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, altı ay ərzində pərakəndə ticarət şəbəkəsində hər bir ölkə sakininə orta hesabla ayda 149 manatlıq və ya 2011-ci ilin eyni dövründəkindən 13,8 manat çox əmtəə realizə edilib.
«Hesabat dövründə pərakəndə ticarət dövriyyəsi üzrə real artımın 7,5%-i hüquqi şəxslərin, 61,7%-i hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti göstərən fərdi sahibkarların ticarət müəssisələrinin, 30,8%-i isə yarmarka və bazarların ticarət fəaliyyəti sayəsində yaranıb», - deyə Komitədən bildirilib.
Pərakəndə ticarət dövriyyəsinin 99,5%-i özəl müəssisələrin fəaliyyəti nəticəsində formalaşıb, bu müəssisələrdə 8 156,6 mln. manatlıq və ya 2011-ci ilin yanvar-iyun ayları ilə müqayisədə 9,3% çox istehlak malları satılıb.
İlin ilk yarısında pərakəndə ticarət şəbəkəsində əhaliyə satılmış ərzaq məhsullarının həcmi 0,9% artaraq 4 664,4 mln. manata, qeyri-ərzaq mallarının həcmi 23,2% artaraq 3 532,1 mln. manata bərabər olub: «Ticarət dövriyyəsinin həcmində ərzaq və qeyri-ərzaq mallarının xüsusi çəkiləri müvafiq olaraq 56,9% və 43,1% təşkil edib.
Qeyd edək ki, pərakəndə ticarət şəbəkəsindən ölkənin hər bir sakini orta hesabla ayda 84,8 manatlıq ərzaq, 64,2 manatlıq qeyri-ərzaq malları alıb.

Sahibkarlıq
NEQSOL Holding “Parla” təqaüd proqramı üzrə növbəti təlim keçirib - FOTO
16:06
23 may 2024
Aygün Kazımova “Kontakt” mağazasının açılışında çıxış edəcək
09:52
23 may 2024
“Qadın Sahibkarların Milli İnkişaf Strategiyasının hazırlanması: Heydər Əliyevin Gender Siyasətinin Davamı Kimi” forumu keçirilib
15:15
22 may 2024
Azərbaycanın təşəbbüsü ilə “Made in Turan” brendi yaradılıb
09:39
22 may 2024