Zərdabda Həsən bəy Zərdabinin 170 illiyinə həsr olunmuş tədbir keçirilib

Zərdabda Həsən bəy Zərdabinin 170 illiyinə həsr olunmuş tədbir keçirilib
# 27 iyul 2012 15:19 (UTC +04:00)
Zərdab. Zahid Abışov-APA. Zərdab rayon icra hakimiyyətinin konfrans zalında Azərbaycan prezidentinin Həsən bəy Zərdabinin 170 illik yubileyinin keçirilməsi haqqında sərəncamına uyğun olaraq “Həsən bəy Zərdabi Azərbaycan mətbuatının və milli teatrın banisi, Azərbaycanda ilk qızlar gimnaziyasının açılmasının təşəbbüskarı və təşkilatçısıdır” mövzusunda dəyirmi masa keçirilib. Tədbirdə İctimai Televiziyanın “Carçı-film ” Yaradıcılıq Birliyinin direktoru, əməkdar jurnalist Qərənfil Xəlilova , Gəncə Müəllimlər İnstitutunun dekanı Nərmiyyə Axundova iştirak ediblər. Tədbir iştirakçıları əvvəlcə Heydər Əliyevin və Zərdabinin abidəsini ziyarət edib, daha sonra Zərdabinin ev muzeyinə baş çəkərək muzeyin xatirə kitabına öz ürək sözlərini yazıblar. Tədbir Zərdab rayon İcra Hakimiyyətinin konfrans zalında davam etdirilib. Tədbirdə Mili Mətbuatın 135 illiyi və Həsən bəy Zərdabinin 170 illiyi ilə əlaqədar rayonda keçirilən ümumrespublika tədbirləri ilə bağlı video çarx nümayiş etdirilib. Sonra isə giriş sözü ilə çıxış edən Zərdab rayon icra hakimiyyətinin başçısı Lütfəli Babayev Zərdabi irsindən söhbət açıb. “Əkinçi ” qəzetinin baş redaktoru İsamədin Əhmədov və digər natiqlər Zərdabinin əmək və fəaliyyəti barədə geniş nitq söyləyib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR