Atasını qətlə yetirən şəxsin apellyasiya şikayəti təmin olunmayıb

Atasını qətlə yetirən şəxsin apellyasiya şikayəti təmin olunmayıb
# 30 iyul 2012 09:25 (UTC +04:00)
Bakı. Şəhriyar Əlizadə - APA. Şirvan Apellyasiya Məhkəməsində atasını qətlə yetirməkdə təqsirləndirilən İxtiyar Kərimovun apellyasiya şikayəti əsasında məhkəmə prosesi başa çatıb. APA-nın məlumatına görə, prosesdə məhkəmənin qərarı elan olunub. Qərara əsasən, apellyasiya şikayəti təmin olunmayıb.
Qeyd edək ki, İ. Kərimov münaqişə zəminində atası Fehruzu bıçaqlayaraq qətlə yetirib. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə İ. Kərimov 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR