Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi “Azərpoçt” üzrə tender keçirir

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi “Azərpoçt” üzrə tender keçirir
# 10 mart 2012 11:02 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi «Azərpoçt» MMC üzrə poçt filialının inzibati binası və qəsəbə tipli poçt şöbəsi binalarının tikintisinə dair açıq tender elan edib. Tender Komissiyasından «APA-Economics»ə verilən məlumata görə, tender iki lot üzrə keçiriləcək. I lot Yasamal rayonunda poçt filialının inzibati binasının tikintisini, II lot isə 3 ədəd qəsəbə tipli poçt şöbəsinin binalarının tikintisini əhatə edir. Tenderdə iştirak etmək istəyənlər I lot üzrə 300 manat, II lot üzrə 200 manat məbləğində iştirak hıqqı ödəməlidir.

İddiaçılar sənədlərini aprelin 17-dək, tender təkliflərini isə aprelin 26-dək təqdim etməlidir. Təklif zərflərinin açılma proseduru aprelin 27-də keçiriləcək.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR