Dow Jones indeksi 0,1%, S&P 500 0,4%, Nasdaq 0,7% enib

Dow Jones indeksi 0,1%, S&P 500 0,4%, Nasdaq 0,7% enib
# 01 may 2012 07:01 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-ECONOMICS. Aprelin 30-da Amerika fond bazarında Dow Jones indeksi 0,1% - 13 214 bəndədək, S&P 500 0,4% - 1 398 bəndədək, Nasdaq isə 0,7% - 3 046 bəndədək enib. «APA-ECONOMICS»in məlumatına görə, ABŞ-da fond indekslərinin enməsinə xarici amillər təsir edib. Belə ki, İspaniyada ÜDM-in həcmi I rübdə 0,3% azalıb və nəticədə «Standard&Poor’s» reytinq agentliyi bu ölkənin 8 bankının reytinqini endirib.

Avropa fond bazarlarında aprelin 30-da FTSE 100 indeksi 0,7% - 5 738 bəndədək, Almaniya DAX-ı 0,6% - 6 761 bəndədək, Fransa CAC-40-ı 1,6% - 3 213 bəndədək enib.

NYMEX-də qızılın bir unsiyasının qiyməti 0,1% azalaraq 1 666,3 dollara bərabər olub.

Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,3248 (-0,01%) dollar təşkil edir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR