Türkiyənin müxalifəti: “Afyonqarahisarda baş verən partlayış təxribatdır”

Türkiyənin müxalifəti: “Afyonqarahisarda baş verən partlayış təxribatdır”
# 10 sentyabr 2012 10:05 (UTC +04:00)
Bakı. Etibar Məmmədov-APA. “25 əsgərimizin şəhid olması bizi kədərləndirir”. APA-nın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə bu fikirləri Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Kamal Kılıçdaroğlu Afyonqarahisar vilayətindəki partlayışa münasibət bildirərkən deyib. Hərbi anbarda baş verən partlayışın təxribat olduğunu iddia edən Kılıçdaroğlu partlayışın uzaqdan cib telefonu ilə idarə olunan mexanizmlə törədildiyini bildirib: “25 əsgərimizin şəhid olması bizi kədərləndirir. İstintaq bitmədiyi üçün orada nə baş verdiyini heç cür anlamırıq. Lakin hadisənin qəsdən törədildiyi və təxribat olduğu şübhə doğurmur”.

Qeyd edək ki, sentyabrın 6-da Türkiyənin Afyonqarahisar vilayətindəki hərbi anbarda partlayış baş verib və hadisə nəticəsində 25 əsgər həlak olub.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR