Qurban bayramında Azərbaycan polisi gücləndirilmiş iş rejimində çalışacaq
22 oktyabr 2012 08:51 (UTC +04:00)
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəis müavini Ehsan Zahidov APA-ya açıqlamasında bildirib ki, daxili işlər naziri, general-polkovnik Ramil Usubov bayram günlərində əhalinin kütləvi istirahət və yaşayış yerlərində təhlükəsizlik tədbirlərinin daha da gücləndirilməsi məqsədilə əmr imzalayıb.
Əmrə əsasən, DİN-in bütün orqan və hissələrinin şəxsi heyəti oktyabrın 25-dən 29-dək gücləndirilmiş iş rejimində çalışacaq. Əmrdə həmçinin ictimai yerlərdə və insanların kütləvi istirahət etdikləri ərazilərdə, xüsusən bayram tədbirləri keçiriləcək ərazilərdə baş verə biləcək hər hansı xoşagəlməz hadisənin qarşısının dərhal alınması məqsədilə zəruri və təxirəsalınmaz tədbirlərin görülməsi təmin edilməsi tələb olunur. Bayram günləri respublika ərazisindəki strateji ərazilərdə, sərnişin daşıyan nəqliyyat vasitələrində, böyük su tutarlarında, habelə digər mühüm əhəmiyyətli obyektlərdə mühafizə tədbirlərinin daha da gücləndirilməsi nəzərdə tutulub.
E. Zahidov qeyd edib ki, DİN-in şəxsi heyəti bayram günlərində vətəndaşların təhlükəsizliyinin təmin olunması, rahat və firavan istirahət etmələri üçün əlindən gələni əsirgəməyəcək.

Din
Baş katib: Sülh dialoqları davamlı xarakter almalıdır
18:25
1 may 2024
Avropa Ravvin Konqresinin nümayəndəsi: Dinlərarası dialoqa inanırıq
17:55
1 may 2024
Moratinos: Dinlərarası dialoq siyasətin əsas hissələrindən olmalıdır
17:43
1 may 2024
Allahşükür Paşazadə Cənubi Qafqazda sülhə çağırış edib
17:40
1 may 2024