Tiflisdə hakim partiyanın yekun seçkiqabağı qurultayı keçirilib

Tiflisdə hakim partiyanın yekun seçkiqabağı qurultayı keçirilib
# 28 sentyabr 2012 20:42 (UTC +04:00)
Tiflis. Nizami Məmmədzadə-APA. Bu gün Gürcüstan paytaxtındakı Boris Paiçadze adına mərkəzi stadionda hakim Vahid Milli Hərəkat partiyasının yekun qurultayı keçirilib. APA-nın Gürcüstan bürosunun məlumatına görə, tədbirdə ölkə prezidenti Mixail Saakaşvili, baş nazir Vano Merabişvili, parlament sədri David Bakradze, Batumidə mojaritar deputatlığa namizəd Georgi Baramidze, Tiflis Şəhər Meri Qiqi Uqulava və başqa rəsmi şəxslər çıxış edib. Qurultayda çıxış edən Gürcüstan prezidenti deyib ki, Gürcüstanda hələ belə tədbir keçirilməyib. “Mən Gürcüstana gəlmək istəyən bütün oğrulara müraciət etmək istəyirəm. Qoy indidən onlar aldığı biletləri geri qaytarsınlar. Gürcüstanda onları heç kim gözləmir”, Saakaşvili deyib.
Gürcüstan prezidenti qurultaya toplaşan bütün iştirakçılara müraciət edib: “Gürcüstan heç vaxt belə seçki ilə üzləşməyib; İnkişaf, ya da keçmişə qayıtmaq istəyirik. Bu, böyük seçimdir və mənə sizin köməyiniz lazımdır,” Saakaşvili bildirib.
Vahid Milli Hərəkat partiyasının seçkiqabağı keçirdiyi qurultayda prezident bildirib ki, Gürcüstan satılmır və onu bir daha heç kim işğal edə bilməz.
Baş nazir Vano Merabişvili Vahid Milli Hərəkat partiyasının qurultayındakı çıxışında ölkədə bütün vətəndaşlara keyfiyyətli səhiyyə xidmətinin göstəriləcəyinə söz verib. “Biz Gürcüstanda xəstəliyə qalib gələcəyik.” O, çıxışında qeyd edib ki, şəxsən hər bir kəndlinin güzəranına qarantdır. “Hər bir kənddə qaz, su və yol olacaq.”
Vano Merabişvili Gürcüstanda yaşayan bütün millətlərə təşəkkür edib. “Siz gürcülərlə birlikdə Gürcüstanı qurursunuz. Güclü və vahid Gürcüstanı biz hamımız birlikdə tikəcəyik”, Vano Merabişvili əlavə edib.
Gürcüstan parlamentinin sədri David Bakradze mitinq iştirakçılarına müraciətində indi ölkənin taleyi həll olunduğunu bildirib: “Ölkənin taleyini siz həll edirsiniz. Bu, oktyabrın 1-də baş verəcək. Gürcüstanın daxilində düşmən yoxdur, lakin onun xaricində düşmən var. O, gözləyir ki, biz bir-birimizin əksinə gedək,” Bakradze deyib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR