Ermənilər Gürcüstanda keçirilən musiqi festivalında «Sarı gəlin»i ifa ediblər- FOTOSESSİYA

Ermənilər Gürcüstanda keçirilən musiqi festivalında «Sarı gəlin»i ifa ediblər- <font color=red>FOTOSESSİYA </font>
# 12 may 2012 16:19 (UTC +04:00)
Bolnisi. Nizami Məmmədzadə - APA. Bu gün Gürcüstanın Bolnisi şəhərində «Bolnisi 2012 - Vahid Səma Altında» adlı beynəlxalq musiqi festivalı keçirilib. APA-nın Gürcüstan bürosunun məlumatına görə, festivalı gürcü bəstəkarı Manana Alpaidze açaraq festivalın ənənəvi xarakter aldığını və hər il keçirildiyini bildirib. Onun sözlərinə görə, keçən il bu festival azərbaycanlıların kompakt yaşadığı Marneuli şəhərində keçirilib: «Musiqi festivalına Gürcüstanın Bolnisi, Qardabani, Rustavi, Zalqa, Marneuli, Tetri-Skaro, Saqareco, Dmanisi və digər bölgələrin musiqi məktəblərində təhsil alan tələbələr və şəhər və rayonların ansamblları və eyni zamanda Ermənistanın İcevan şəhərindəki musiqi məktəbinin ifaçıları qatılıblar».
M.Alpaidze Azərbaycanın Qazax rayonunun festivala dəvət olunduğunu bildirib və qeyd edib ki, müəyyən olmayan səbəblərdən Azərbaycan bu tədbirə qatıla bilməyib. Tədbirdə Kvemo-Kartli bölgəsinin qubernatoru David Kirkitadze çıxış edərək festival iştirakçılarını təbrik edib və uğurlar arzulayıb.
Festivalda 28 musiqi, mahnı, rəqs və pianoda ifa etmə, xor və digər nömrələr nümayiş etdirilib. Rustavidən olan 1 saylı musiqi məktəbinin kiçik yaşlı gürcü və azərbaycanlı uşaqları «Cücələrim» Azərbaycan mahnısını oxuyaraq rəqs ediblər. Festivalda elan edilib ki, İcevan 2 saylı musiqi məktəbinin nümayəndəsi Araiq Edilyan Azərbaycan xalq mahnısı olan «Sarı gəlin»i erməni xalq mahnısı adı ilə ifa edib.
Tədbirin sonunda Bolnisi rayonunun icra başçısı İosif Laliaşvili festival iştirakçılarına kitablar və festivalın diplomlarını təqdim edib. Tədbirin sonunda Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) Gürcüstan nümayəndəliyinin rəsmisi Şövqi Mehdizadə və Kvemo-Kartli bölgəsinin qubernator müavini Hüseyn Yusubov çıxış ediblər. H.Yusubov erməni musiqiçisinin Azərbaycan xalq mahnısı «Sarı gəlin»i çox gözəl ifa etdiyini festival təşkilatçılarının nəzərinə çatdırıb və musiqinin ölkələri birləşdirə biləcəyini bildirib: «Bu gün gürcülər Azərbaycan rəqsi olan «Cücələrim»i Azərbaycan mahnısı kimi elan edərək ifa ediblər. Erməni musiqiçisi isə Azərbaycan xalq mahnısını tütəkdə çox gözəl ifa edib».
Gürcü bəstəkarı, tədbirin aparıcısı M.Alpaidze APA-ya açıqlamasında proqramda bu musiqinin erməni xalq musiqisi kimi qeyd edildiyini bildirib: «Təəccüblü işdir. Onlar hər bir Azərbaycan rəqs və musiqisinə hamısı bizimdir deyirlər», - bəstəkar qeyd edib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR