Çempionlar Liqasında 1/4 və 1/2 final mərhələsinin püşkü atılıb

Çempionlar Liqasında 1/4 və 1/2 final mərhələsinin püşkü atılıb
# 16 mart 2012 12:25 (UTC +04:00)
Apasport.az saytının məlumatına görə, UEFA-nın İsveçrənin Nyon şəhərindəki mənzil-qərargahında təşkil olunan tədbirdə 1/4 və 1/2 final mərhələsində qarşılaşacaq rəqiblər müəyyənləşib.

Bu mərhələdə istənilən komanda bir-biri ilə düşə biləcəyindən, güclülərin üz-üzə qalacağı mümkün idi. Gözlənilən reallaşdı və turnirin əsas favoritləri “Milan”la “Barselona” artıq 1/4 finalda rəqib oldular.

Debütant APOEL-in bəxti gətirmədi. Belə ki, Kipr təmsilçisi daha bir favorit – “Real”la düşdü.

1/4 final mərhələsinin oyunları martın 27-28-də, cavab matçları aprelin 3-4-də keçiriləcək. Yarımfinal matçları isə aprelin 17-18-də və 24-25-də olacaq. Final oyunu mayın 19-da Münhendəki “Alyans Arena”da keçiriləcək.

1/4 final

1 APOEL – “Real” (Madrid)
2 “Marsel” – “Bavariya”
3 “Benfika” – “Çelsi”
4 “Milan” – “Barselona”

1/2 final

2-ci cütün qalibi - 1-ci cütün qalibi
3-cü cütün qalibi - 4-cü cütün qalibi
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR