Ucarda 2 yaşlı uşaq su hovuzuna düşərək boğulub, anası isə özünü öldürməyə cəhd edib

Ucarda 2 yaşlı uşaq su hovuzuna düşərək boğulub, anası isə özünü öldürməyə cəhd edib
# 08 iyul 2012 12:52 (UTC +04:00)
Ucar Rayon Polis Şöbəsindən APA-nın yerli bürosuna verilən məlumata görə, iyulun 8-də saat 13.30 radələrində rayonun Qaracallı kənd sakini, 2 yaşlı Həbibullayev Ramin Zaur oğlu həyətdə oynayarkən su hovuzuna düşərək boğulub.

Baş verənlərdən stress keçirən R. Həbibullayevin anası, 1986-cı il təvəllüdlü Həbibullayeva Sevil Vaqif qızı özünü zəhərlənmək məqsədilə dərman içib. O, Ucar Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib, vəziyyətinin ağır olduğu bildirilir.



Faktla bağlı araşdırma aparılır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR