Minskdə keçirilən beynəlxalq təlimdə Azərbaycanlı mütəxəssislər də iştirak edib

Minskdə keçirilən beynəlxalq təlimdə Azərbaycanlı mütəxəssislər də iştirak edib
# 02 noyabr 2012 10:21 (UTC +04:00)
Bakı. Ülkər Rəşidqızı - APA. Minsk şəhərində «Muzeylərdə və dövlət qoruqlarında menecmentin təşkili, muzey ekspozisiyalarının layihələşdirilməsi və interpretasiyası» adlı beynəlxalq təlim təşkil olunub.

APA-nın məlumatına görə, təlim Respublika Mədəniyyət Müəssisələri İşçilərinin Hazırlıq və İxtisasartırma Mərkəzi ilə Belarus Dövlət Mədəniyyət və İncəsənət Universiteti arasında imzalanmış əməkdaşlıq müqaviləsi çərçivəsində baş tutub.

Təlimdə iştirak etmək üçün Respublika Mədəniyyət Müəssisələri İşçilərinin Hazırlıq və İxtisasartırma Mərkəzinin direktoru Ramazan Şabanov, Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzin direktor müavini Polad Zeynalov, Azərbaycan Milli İncəsənət Muzeyinin İnnovasiyalar şöbəsinin müdiri Əminə Məlikova, Gəncə Dövlət Tarix-Memarlıq Qoruğunun baş mühafizi Fuad Sadıxov və «Çıraqqala» Dövlət Tarix-Memarlıq Qoruğunun direktor müavini Şahin Əliyevdən ibarət nümayəndə heyəti Belarusa ezam olunub.

Təlim əsas etibarilə muzeylərin inkişaf strategiyasının yaradılması, XXI əsrdə muzeylərin idarə olunması, müasir mərhələdə muzeylərin və dövlət qoruqlarının fəaliyyət və inkişaflarının perspektiv istiqamətləri və problemləri kimi mövzulara həsr olunub. Təlimlərə məruzəçi qismində Belarusun tanınmış mütəxəssisləri cəlb olunub. Proqram çərçivəsində Belarus Dövlət Mədəniyyət və İncəsənət Universitetinin və Belarusun Milli Kitabxanasının rəhbərliyi ilə görüş, «Belarus Milli Kitabxanasında qalereya-sərgi fəaliyyəti» mövzusunda dəyirmi masa keçirilib, Belarus Dövlət Xalq Memarlıq və Məişət Muzeyi və Belarus Dövlət Böyük Vətən Müharibəsi Muzeyi fəaliyyəti ilə yaxından tanışlıq təşkil olunub.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR