Bakıda avtomobillərdən oğurluq edən şəxs tutulub

Bakıda avtomobillərdən oğurluq edən şəxs tutulub
# 25 iyun 2012 08:34 (UTC +04:00)
Bakı. Hafiz Heydərov – APA. Bakıda avtomobillərdən oğurluq edən şəxs tutulub. Bakı şəhər Baş Polis İdarəsindən APA-ya verilən məlumata görə, iyunun 23-də Cavadxan küçəsində Seymur Umudova məxsus «Mercedes» markalı avtomobildən şüşəni sındırma yolu ilə gün eynəyi oğurladığı üçün İmişli rayon sakini Sadiq Hümbətov Nəsimi Rayon Polis İdarəsinin Post Patrul Xidməti Bölməsi və 19-cu Polis Bölməsi əməkdaşları tərəfindən tutulub. Aparılan əməliyyat tədbirləri nəticəsində müəyyən edilib ki, o, iyunun 18-ə keçən gecə H.Əliyev küçəsində İman Əliyevə məxsus «Volksvagen Golf» markalı, Elçin Faruhova məxsus «Mercedes» markalı avtomobillərin şüşələrini sındırmaqla oğurluğa cəhd edib. S. Hümbətov elə həmin gün R.Məmmədov küçəsində Saleh Quliyevə məxsus «Opel» markalı avtomobildən 110 manat, A. Məhərrəmov küçəsində Oqtay Fərəcova məxsus «Mersedes» markalı avtomobilin isə şüşəsini sındırıb və arxa dövlət nömrə nişanını oğurlayıb. Bundan başqa o, iyunun 21-ə keçən gecə eyni üsulla R.Məmmədov küçəsində Eynulla Sadıqova məxsus «Volksvagen Jetta» markalı, 20 Yanvar küçəsində Mariya İsmayılova məxsus «Hyundai» markalı avtomobildən oğurluğa cəhd edib, R.Məmmədov küçəsində Vüqar Ağayevə və 20 Yanvar küçəsində Xalid Məmmədova məxsus «Mersedes» markalı avtomobillərdən 2 ədəd mobil telefon oğurlayıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR