Azərbaycan əsgəri öz silahından açılan atəşdən ölüb

Azərbaycan əsgəri öz silahından açılan atəşdən ölüb
# 31 iyul 2012 15:30 (UTC +04:00)
APA-nın məlumatına görə, hadisə Müdafiə Nazirliyinin Goranboyda yerləşən “N” saylı hərbi hissəsində qeydə alınıb. Hərbi hissədə xidmət edən əsgər Mehdi Bahadır oğlu Sultanov vəfat edib. Əsgərin avtomat silahdan açılan atəş nəticəsində öldüyü bildirilir. İlkin ehtimala görə, M. Sultanov tabeliyindəki silahdan açılan atəş nəticəsində dünyasını dəyişib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya əsgərin ölüm faktını təsdiqləyiblər. Qeyd olunub ki, faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, M. Sultanov Bakının Sabunçu rayonundan həqiqi hərbi xidmətə çağırılıb.

Ordu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR