Qazaxıstan Azərbaycanla birgə müəssisələr yaradılmasında maraqlıdır

Qazaxıstan Azərbaycanla birgə müəssisələr yaradılmasında maraqlıdır
# 23 fevral 2012 12:54 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-ECONOMICS. Qazaxıstan Azərbaycanla birgə müəssisələr yaradılmasında maraqlıdır. “APA-Economics”in xəbərinə görə, bu barədə Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (“Azpromo”) rəhbəri Adil Məmmədov bildirib.

Onun sözlərinə görə, tərəflər arasında Azərbaycanda istehsal olunan meyvə-tərəvəzin qablaşdırılması üzrə birgə müəssisənin yaradılması istisna olunmur.

Ötən il iki ölkə arasında ticarət dövriyyəsinin kifayət qədər artdığını və bu il daha da artacağının gözlənildiyini deyən A.Məmmədov qeyd edib ki, Qazaxıstan Aktyubinsk vilayətində sənaye müəssisələrinin inşasında Azərbaycandan investorlar cəlb etmək niyyətindədir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR