Standartlaşdırma Komitəsi fiziki şəxsə toyuq əti istehsalını qadağan edib - FOTOSESSİYA

Standartlaşdırma Komitəsi fiziki şəxsə toyuq əti istehsalını qadağan edib - <font color=red>FOTOSESSİYA</font>
# 01 oktyabr 2012 13:38 (UTC +04:00)
Bakı. Əli Əhmədov – APA-Economics. Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yanında Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidməti Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsində fəaliyyət göstərən fiziki şəxsə məxsus broyler müəssisəsində dövlət nəzarəti aparıb.

Komitədən “APA-Economics”ə verilən xəbərə görə, araşdırma zamanı müəyyən edilib ki, müəssisədə istehsal olunan məhsulların müvafiq keyfiyyətdə sabit istehsalına şərait yoxdur. Belə ki, cücənin təmizlənməsi və kəsim sahəsi sanitariya normalarına cavab vermir. Seçilmiş nümunələrin müayinəsi zamanı broyler cücə əti və toyuq içalatında bağırsaq çöpü qrupundan olan bakteriyalar edilib.

Bundan başqa, müəyyən olunub ki, müəssisdə halal məhsul istehsalı üçün “Halal” ət məhsulları standartının tələblərinə əməl olunmadığı halda, məhsullar “Halal” məhsul kimi təqdim edilir.

Müəssisənin inkubatoruna baxış zamanı heç bir sertifikatı və mənşə sənədləri olmayan bildirçin yumurtaları aşkar edilib. Həmçinin müəssisə tərəfindən “Murad Agro” MMC və “Maştağa Broyler” MMC üçün kəsimin həyata keçirildiyi müəyyən olunub. Araşdırma zamanı toyuq yeminə qatılan maddələrin və müxtəlif vitaminlərin mənşə sənədləri və sertifikatları, həmçinin inkubasiya üçün Türkiyədən alınmış yumurtaların mənşə sənədləri və sertifikatları da araşdırmaya təqdim edilməyib.

Aşkar olunmuş nöqsanlara görə sexdə broyler cücə ətinin və toyuq içalatının istehsalı və satışı qadağan edilib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR