Dubayda “Boru kəmərlərinin qurulması, bütövlüyü və xidməti” mövzusunda konfrans keçirilir

Dubayda “Boru  kəmərlərinin qurulması, bütövlüyü və xidməti” mövzusunda konfrans keçirilir
# 08 oktyabr 2012 13:43 (UTC +04:00)
Bakı-APA. Dubayda, “Burj-Xalifa” otelində “Bilik Mərkəzi” tərəfindən BƏƏ-nin Energetika Nazirliyinin dəstəyi ilə “Boru Kəmərlərinin Qurulması, Bütövlüyü və Xidməti” mövzusunda konfrans keçirilir. SAM-dan APA-ya verilən məlumata görə, konfransda Azərbaycan, Rusiya, Norveç Krallığı, İsveçrə, Səudiyyə Ərəbistanı, Qatar, Küveyt, BƏƏ, Venesuela, Fransa, İspaniya, Almaniya, ABŞ, Belçika, Bəhreyn, Livan, Hindistan və s. 22 ölkədən 200-ədək nümayəndə ilə təmsil olunur.

Azərbaycan təmsilçisi, Strateji Araşdırmalar Mərkəzinin elmi işçisi Gülmira Rzayeva idarə heyətində əsas məruzəçi kimi öz təcrübəsini bölüşəcək, bu sahə üzrə Azərbaycanın Xəzər dənizi sektorunda apardığı fəaliyyətlərlə və qazandığı təcrübə ilə əlaqələndirici şəxs qismində çıxış edəcək.

Konfransın əsas məqsədi neft və qaz sahəsində aparıcı rol oynayan mütəxəssislərin bir araya toplanmasıdır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR