Benilüks Azərbaycanlıları Konqresi İranın Hollandiyadakı səfirliyin qarşısında etiraz aksiyası keçirəcək

Benilüks Azərbaycanlıları Konqresi İranın Hollandiyadakı səfirliyin qarşısında etiraz aksiyası keçirəcək
# 17 may 2012 23:45 (UTC +04:00)
BAK-dan APA-ya verilən xəbərə görə, aksiyada azərbaycanlıların Avropa ölkələrində fəaliyyət göstərən digər təşkilat və cəmiyyətləri iştirak edəcəklər. Bununla bağlı Benilüks Azərbaycanlıları Konqresinin yaydığı bəyanatda deyilir ki, son zamanlar İranin bəzi siyasi dairələri müstəqil Azərbaycanda gedən sürətli inkişafdan narahatdırlar və bunu Güney Azərbaycanda milli-azadlıq hərəkatının başlanmasına stimul verə bilən bir amil kimi qiymətləndirirlər. Bu baxımdan İranda Azərbaycan dövləti və dövlətçiliyi əleyhinə əsassız ittihamlar və bəyanatlar səslənməkdədir. Hətta Azərbaycanda guya dövlət tərəfindən dini etiqad azadlığının boğulduğu görüntüsünü yaratmağa səy göstərirlər.

Halbuki İran özü ümumdünya İnsan hüquqları bəyannaməsi, irqi ayrı seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında Beynəlxalq Konvensiya milli və yaxud etnik, dini və dil azlıqlarına mənsub şəxslərin hüquqları haqqında BMT Bəyannaməsinin müddəalarına sayğısızlıq nümayiş etdirərək Güney Azərbaycanda yaşayan 35 milyon azərbaycanlının hüquqlarını pozur, ana dilində təhsil almaq, milli kimliyini yaşatmaq, adət və ənənəsini təbliğ etmək hüquqlarını əllərindən alaraq məqsədyönlü şəkildə bu xalqı məhv etməyə çalışır.

Bəyanatda deyilir: “Biz BAK olaraq İranın apardığı anti Azərbaycan təbliğatını birmənalı şəkildə pisləyir, bunu əslində müstəqil Azərbaycan dövlətinin daxili işlərinə qarışmaq kimi qiymətləndiririk və cavab olaraq 20 may saat 14-16 arasında Haaqadakı İran səfirliyinin qarşısında etiraz aksiyası keçirdirəcəyik. BAK bütün Avropada yaşayan azərbaycanlıları dövlətçiliyimizi qorumaq və 35 milyon güneyli qardaşlarımızın pozulmuş hüquqlarını müdafiə etmək üçün aksiyaya qoşulmağa çağırır” .
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR