Milli Məclisin sabiq spikeri Murtuz Ələsgərovla vida mərasimi başa çatıb - FOTOSESSİYA

Milli Məclisin sabiq spikeri Murtuz Ələsgərovla vida mərasimi başa çatıb - <font color=red>FOTOSESSİYA</font>
# 08 avqust 2012 14:09 (UTC +04:00)
APA-nın məlumatına görə, Şəhriyar adına Mədəniyyət Mərkəzində keçirilən vida mərasiminə mərhumun ailə üzvləri, yaxınları, Milli Məclisin deputatları, Ombudsman Elmira Süleymanova, hökumət təmsilçiləri, ictimaiyyət nümayəndələri qatılıblar. Mərasimdə iştirak edənlər arasında baş nazirin müavini Əli Həsənov, Prezident Administrasiyasının siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri Elnur Aslanov, Qafqaz Müsəlmanları İdarəsinin sədri Hacı Allahşükür Paşazadə, Türkiyənin Azərbaycandakı səfiri Hulusi Kılıç və Türkiyə Böyük Millət Məclisinin üzvü, MHP millət vəkili Sinan Oğan da olub. Vida mərasimində çıxış edən Yeni Azərbaycan Partiyası sədrinin müavini, partiyanın icra katibi Əli Əhmədov, təhsil naziri Misir Mərdanov, Bakı Dövlət Universitetinin rektoru Abel Məhərrəmov, Bakı Slavyan Universitetinin rektoru Kamal Abdulla, Ali Məhkəmənin sədri Ramiz Rzayev mərhum Murtuz Ələsgərovla bağlı fikirlərini bölüşüb, onun ailə üzvlərinə başsağlığı veriblər. Mərasimin sonunda Murtuz Ələsgərovun oğlu, Prezident Administrasiyasının hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov çıxış edərək mərasimə qatılanlara təşəkkürünü bildirib. Daha sonra mərhumun cənazəsi torpağa tapşırılmaq üçün birinci Fəxri Xiyabana aparılıb.

Qeyd edək ki, Milli Məclisin sabiq spikeri, professor Murtuz Ələsgərov uzun sürən xəstəlikdən sonra dünən 84 yaşında vəfat edib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR