Suriyada gün ərzində 175 nəfər həlak olub

Suriyada gün ərzində 175 nəfər həlak olub
# 20 oktyabr 2012 02:42 (UTC +04:00)
Bakı-APA. İngiltərədə yerləşən Suriya İnsan Haqları Təşkilatının (SNHR) məlumatına görə, dünən təkcə Suriyanın paytaxtı Dəməşqdə döyüşlər nəticəsində 51 nəfər həlak olub.

Təşkilat İdlib şəhərində 25, Hələbdə 19, Humsda 14, Deyruz-Zorda 46, Rakka və Deraa şəhərlərinin hər birində 7, Lazkiyədə 3, Hamada 2 və Kuneytrada 1 nəfərin həlak olduğunu bildirib. Bununla da Suriyada gün ərzində həlak olanların sayı 175-ə çatıb.

Məlumata görə, döyüşlərdə artilleriya və aviasiyadan istifadə olunur, dağılmış evlərin altında qalmış yaralıların sayı isə yüzlərlədir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR