Sabirabad sakini intihara cəhd edib

Sabirabad sakini intihara cəhd edib
# 21 avqust 2012 16:56 (UTC +04:00)
Verilən məlumatda bildirilir ki, Sabirabad rayonunun Minbaşı kənd sakini, 1945-ci il təvəllüdlü Orucov Ramiz Balası oğlu özünü həyətlərindəki ağacdan asaraq intihara cəhd edib. Ailə üzvlərinin və qonşuların köməyi nəticəsində Ramiz Orucov xilas edilib.

O, komatoz vəziyyətdə, boğulma diaqnozu ilə Şirvan şəhər xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. Həkimlər onun vəziyyətini ağır qiymətləndirir.

Qeyd edək ki, xəstənin həmkəndliləri bildirir ki, bir neçə il əvvəl Ramiz Orucovun oğlu eyni ağacdan özünü asaraq intihar edib. Elə atanın da intihara cəhdinə bu hadisədən yarnmış psixoloji durum və ailədə yaşanan söz-söhbət səbəb olub.

Faktla bağlı Sabirabad rayon prokurorluğunda araşdırma aparılır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR