Türkiyənin Azərbaycandakı səfirliyində Novruz bayramı münasibəti ilə qəbul keçirilib - FOTOSESSİYA

Türkiyənin Azərbaycandakı səfirliyində Novruz bayramı münasibəti ilə qəbul keçirilib - <font color=red>FOTOSESSİYA</font>
# 19 mart 2012 11:42 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA. Türkiyənin Azərbaycandakı səfirliyində Novruz bayramına həsr olunan qəbul keçirilib. APA-nın xəbərinə görə, qəbulda xarici ölkələrin Azərbaycandakı səfirləri, Milli Məclisin üzvləri, ictimaiyyət və media təmsilçiləri, Azərbaycanda fəaliyyət göstərən Türkiyə şirkətlərinin nümayəndələri iştirak ediblər.
Türkiyənin Azərbaycandakı səfiri Hulusi Kılıç Azərbaycan və Türkiyə xalqlarını Novruz bayramı münasibəti ilə təbrik edib. Novruzun qədim bayram olduğunu vurğulayan səfir Azərbaycan xalqına bu bayramı gələn il Qarabağda, işğal altında olan torpaqlarda keçirməyi arzulayıb. H. Kılıç Novruzu artıq 5-ci ildir ki, Azərbaycanda qeyd etdiyini də bildirib.
Daha sonra çıxış edən millət vəkilləri Vahid Əhmədov, Qənirə Paşayeva, Asim Mollazadə, Qazaxıstanın və Tacikistanın Azərbaycandakı səfirləri Novruz təbriklərini çatdırıblar.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR