Bakıda Motsartın məşhur “Cosı fan tutte” operası səhnəyə qoyulur

Bakıda Motsartın məşhur “Cosı fan tutte” operası səhnəyə qoyulur
# 28 mart 2012 13:20 (UTC +04:00)
Bakı. Ülkər Rəşidqızı – APA. Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında Volfqanq Amadey Motsartın məşhur “Cosi fan tutte” (“Hamı belə edir”) operasının premyerası keçiriləcək. Teatrın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, aprelin 1-də ilk dəfə göstəriləcək tamaşanın musiqi rəhbəri və dirijoru Azərbaycanın xalq artisti, professor Cavanşir Cəfərov, quruluşçu rejissoru Ukraynanın tanınmış opera rejissoru Nikolay Tretyak, quruluşçu rəssamı əməkdar mədəniyyət işçisi Yusif Babayev, xormeysteri əməkdar incəsənət xadimi Sevil Hacıyeva, rəqslərin quruluşçusu Azərbaycanın xalq artisti Mədinə Əliyeva, konsertmeysteri əməkdar artist Məlahət İsmayılovadır.

Tamaşada teatrın gənc solistləri Fəridə Məmmədova, Səbinə Əsədova, Fərid Əliyev, Anton Ferştandt, əməkdar artistlər İnarə Babayeva və Əkrəm Poladov iştirak edirlər.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR