Azərbaycanda bu ilin 8 ayında baş verən yol qəzalarında 705 nəfər ölüb, 2028 nəfər xəsarət alıb

Azərbaycanda bu ilin 8 ayında baş verən yol qəzalarında 705 nəfər ölüb, 2028 nəfər xəsarət alıb
# 10 sentyabr 2012 14:03 (UTC +04:00)
Respublika Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Kamran Əliyev APA-ya bildirib ki, cari ilin yanvar-avqust aylarında respublikanın avtomobil yollarında 1863 yol nəqliyyat hadisəsi qeydə alınıb ki, nəticədə 705 nəfər ölüb, 2028 nəfər xəsarət alıb. Qeydə alınan yol qəzalarının 635-i piyadaların vurulması ilə bağlı olub. Nəticədə 225 piyada ölüb, 454 nəfər isə yaralanıb.

K. Əliyev bildirib ki, respublika üzrə qeydə alının yol qəzalarının böyük əksəriyyəti sürət həddinin aşması nəticəsində meydana gəlib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR