«Rabitəbank» qısamüddətli kreditləşməni kəskin artırıb

«Rabitəbank» qısamüddətli kreditləşməni kəskin artırıb
# 14 may 2012 08:39 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Rabitəbank» ASC-nin kredit portfelinin həcmi 2012-ci il aprelin 1-nə 93,344 mln. manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrünün göstəriciləri ilə müqayisədə 9% çoxdur.

Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə bankın 12 ayadək verdiyi kreditlərin həcmi 2 dəfə artaraq 49,802 mln. manat, 12 aydan artıq müddətə verilən kreditlər 28% azalaraq 43,543 mln. manat, istehlak kreditləri 6,4% artaraq 25,789 mln. manat olub. Bununla yanaşı, bankın ipoteka kreditlərinin həcmi 55% artaraq 12,855 mln. manat, o cümlədən Azərbaycan İpoteka Fondunun xətti ilə verilən kreditlər 19% azalaraq 454 min manat, problemli kreditlərin həcmi isə 1,7% azalaraq 5,963 mln. manat təşkil edib.

Bu müddət ərzində bankın depozit portfeli 14% genişlənərək 79,963 mln. manata, o cümlədən müddətli depozitlər 13% artaraq 64,619 mln. manata, tələb olunanadək depozitlər 18% artaraq 15,342 mln. manata, əhalinin əmanətləri isə 19% artaraq 72,587 mln. manata çatıb.

Xatırladaq ki, «Rabitəbank» ASC 1993-cü ildən fəaliyyət göstərir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR