Mixail Şvıdkoy: “Bu cür görüşlər dərhal hansısa konkret nəticə verə bilməz”

Mixail Şvıdkoy: “Bu cür görüşlər dərhal hansısa konkret nəticə verə bilməz”
# 04 iyun 2012 14:51 (UTC +04:00)
APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Azərbaycan və Ermənistan KİV rəhbərlərinin görüşünün təşəbbüskarı, Rusiya prezidentinin beynəlxalq mədəni əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Mixail Şvıdkoy jurnalistlərə açıqlamasında deyib. O bildirib ki, Azərbaycan və Ermənistan jurnalistləri artıq bir-biriləri ilə ünsiyyətə başlayıblar: “Onlar problemlə dolu və bir-birinə bəlli münasibəti olan ölkələrdə yaşayırlar. Ona görə də, siyasətçilər arasında danışıqların aparılmasına baxmayaraq, bizim vəzifəmiz daha sadədir. Əsas odur ki, Azərbaycan və Ermənistanda hadisələrin işıqlandırılması prinsipləri jurnalistika etikası çərçivəsində olsun. Məqsədimiz odur ki, mətbuat iki ölkədə baş verən hadisələri radikallaşdırmasın. Mətbuat xalqları barışdırmalı və centlmen qaydalara uyğun hərəkət etməlidir. Təbii ki, bu cür söhbətlər əsnasında mövqelərin müxtəlifliyi üzə çıxır. Lakin ən əsas məsələ ondan ibarətdir ki, təmaslar artıq başlayıb”.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR