Kazan şəhərində 16 dini birləşdirən məbədlər kompleksi inşa olunub - FOTO

Kazan şəhərində 16 dini birləşdirən məbədlər kompleksi inşa olunub - <font color=red>FOTO </font>
# 05 noyabr 2012 12:13 (UTC +04:00)
Moskva. Fərid Əkbərov - APA. Rusiyanın Tatarıstan Respublikasında 16 dini birləşdirən məbədlər kompleksi inşa olunub.

APA-nın Rusiya bürosunun məlumatına görə, Tatarıstanın paytaxtı Kazan şəhərində inşa olunan məbədlər kompleksi “Bütün dinlərin ibadətxanası” (Xram Vsex Religii) adlanır.

1994-cü ildən inşasına başlanılan “Bütün dinlərin ibadətxanası” məbədlər kompleksinin memarı tatar İlhan Xanovdur. 16 dini birləşdirən məbədlər kompleksi Kazan şəhərinin Staroe Arakçino qəsəbəsində yerləşir. 16 günbəzdən ibarət olan məbədlər kompleksindəki hər bir günbəz ayrı bir dini təmsil edir.

Turistlərin böyük marağına səbəb olan “Bütün dinlərin ibadətxanası” məbədlər kompleksində məscid, kilsə, sinaqoq, buddist məbədi ilə yanaşı, günümüzə qədər gəlib çıxmamış bəzi dinlərə aid məbədləri də görmək mümkündür.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR