Vyanada «altılıq» ölkələri İranla bağlı toplantı keçirəcək
12 may 2012 16:58 (UTC +04:00)
Bakı. Könül Cəfərli – APA. Mayın 14-də «altılıq» ölkələrinin Atom Enerjisi üzrə Beynəlxalq Agentlikdəki daimi nümayəndələri Vyana şəhərində (Avstriya) bir araya gələcəklər. APA-nın IRNA agentliyinə istinadən məlumatına görə, yığıncaqda ötən üç ay müddətində İranla Agentlik arasında aparılan danışıqların nəticələri əsas müzakirə mövzusu olacaq. ABŞ, Rusiya, Çin, Fransa, Böyük Britaniya və Almaniya nümayəndələri arasında baş tutacaq toplantıda İranın mayın 23-də Bağdadda «altılıq» ölkələri ilə keçirəcəyi növbəti müzakirələrdə ciddiliyini göstərəcək sənədlər araşdırılacaq.
Asiya
İranda növbədənkənar prezident seçkiləri üçün qeydiyyat başlayıb
15:17
30 may 2024
SEPAH İsrailin apreldə İranın hücumundan qorunmaq üçün Qəzzada güzəştə hazır olduğunu deyib
15:05
30 may 2024
Qəzzada minik avtomobili partladılıb, 3 İsrail hərbçisi həlak olub
09:29
30 may 2024
Şimali Koreya 10-a yaxın ballistik raket buraxıb
03:10
30 may 2024