Bakıda «Azərbaycanda mobil biznes imkanları» konfransı keçiriləcək

Bakıda «Azərbaycanda mobil biznes imkanları» konfransı keçiriləcək
# 27 mart 2012 10:03 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin aprelin 6-da mobiz.az portalının təşkilatçılığı ilə Bakıda ilk dəfə olaraq mobil biznes mövzusunda konfrans keçiriləcək. «APA-Economics»in məlumatına görə, bu barədə konfrans təşkilatçısının rəsmi veb-səhifəsində bildirilir.

«Azərbaycanda mobil biznes imkanları» adlı konfrans ölkədə mobil texnologiyalara keçid prosesinin daha sürətli və sistematik bir məcraya yönəlməsinə böyük imkanlar yaradacaq. Belə ki, konfransda nəinki Azərbaycanda fəaliyyət göstərən şirkət və qurumların təmsilçiləri, eyni zamanda Türkiyə, Gürcüstan və digər ölkələrdən olan nümayəndələrin də iştirakı gözlənilir.

Tədbirdə «Nokia», «Microsoft», «Beeline», «Azerfon», «Azercell», «Timwe», «General Mobile», «Apple» kimi şirkətlərin nümayəndələri ekspert qismində çıxış edəcəklər.

Tədbirə mobil texnologiya sahəsinə aid özəl qurum təmsilçiləri ilə yanaşı, müxtəlif QHT nümayəndələri də qatılacaqlar.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR