Avropa Birliyi Suriyaya qarşı yeni sanksiyalar tətbiq edib

Avropa Birliyi Suriyaya qarşı yeni sanksiyalar tətbiq edib
# 27 fevral 2012 12:04 (UTC +04:00)
Bakı – APA. Avropa Birliyi ölkələri xarici işlər nazirlərinin toplantısında Suriyaya qarşı yeni sanksiyalar paketi qəbul olunub. APA-nın “France-Presse” agentliyinə istinadən verdiyi məlumata görə, sanksiyalar əsasən Suriya Mərkəzi Bankı və aviaşirkətləri əhatə edir. Belə ki, Suriya Mərkəzi Bankının aktivlərinin dondurulması qərara alınıb, Suriyaya mal ixracına və bu ölkədən qiymətli metalların idxalına qadağa qoyulub, Suriya yük təyyarələrinin Avropaya uçuşları yasaqlanıb. Suriya dövlət strukturlarının 7 nümayəndəsinə isə fərdi sanksiyalar tətbiq olunub.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR