Macarıstanı Eurovision 2012 müsabiqəsində “Compact Disco” qrupu “Sound Of Our Hearts” mahnısı ilə təmsil edəcək

Macarıstanı Eurovision 2012 müsabiqəsində “Compact Disco” qrupu “Sound Of Our Hearts” mahnısı ilə təmsil edəcək
# 12 fevral 2012 00:34 (UTC +04:00)
Bakı. Ülkər Rəşidqızı – APA. Macarıstanı Azərbaycanın ev sahibliyi etdiyi Eurovision-2012 mahnı müsabiqəsində “Compact Disco” qrupu təmsil edəcək. APA-nın eurovision.tv-yə istinadən yaydığı xəbərə görə, qrup üzvləri Bakı səhnəsində “Sound Of Our Hearts”mahnısı ilə çıxış edəcək. Təmsilçi səkkiz ifaçı arasından münsiflər heyətinin rəyi əsasında müəyyən olunub.

Bildirilib ki, 57-ci Eurovision müsabiqəsində Macarıstanı təmsil etmək hüququ qazanan qrup 2008-ci ildə yaradılıb. Qrupun tərkibinə Behnam Lotfi, Gabor Pal, Attila Sandor, Csaba Walko adlı musiqiçilər daxildir. Elektro və pop üslubunda mahnıları ifa edən gənclərin, artıq iki albomu işıq üzü görüb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR