BDU-da Xocalı faciəsinin 20-ci ildönümünə həsr olunan tədbir və alman aliminin “Dağlıq Qarabağ konflikti – hüquqi araşdırmalar” kitabının təqdimatı keçirilib – FOTO

BDU-da Xocalı faciəsinin 20-ci ildönümünə həsr olunan tədbir və alman aliminin “Dağlıq Qarabağ konflikti – hüquqi araşdırmalar” kitabının təqdimatı keçirilib – <font color=red>FOTO </font>
# 23 fevral 2012 11:57 (UTC +04:00)
Bakı-APA. Bu gün Bakı Dövlət Universitetində (BDU) Xocalı faciəsinin 20-ci ildönümünə həsr olunmuş tədbir və alman alimi Heiko Krügerin “Dağlıq Qarabağ konflikti – hüquqi araşdırmalar” kitabının BDU-nun təşəbbüsü ilə ingilis dilindən rus dilinə tərcümə olunmuş variantının təqdimat mərasimi keçirilib. BDU-nun mətbuat və informasiya şöbəsindən APA-ya verilən məlumata görə, tədbiri giriş sözü ilə açan universitetin rektoru, akademik Abel Məhərrəmov ən qəddar və amansız terror hadisələrindən biri olan Xocalı soyqırımı haqqında danışıb. Bildirib ki, Xocalı soyqırımı 200 ildən artıq müddətdə erməni millətçiləri tərəfindən xalqımıza qarşı aparılan etnik təmizləmə və soyqırımı siyasətinin qanlı səhifəsidir.

Rektor alman alimi Heiko Krügerin “Dağlıq Qarabağ konflikti – hüquqi araşdırmalar” kitabı barədə də danışıb. A. Məhərrəmov deyib ki, xarici alimlər öz siyasətçilərindən fərqli olaraq, tarixi hadisələrə daha obyektiv yanaşırlar ki, təqdimatı edilən kitab buna nümunədir. Sonra Tarix fakültəsinin dosenti Boran Əzizin “Xocalı - XX əsrin faciəsi”, Hüquq fakültəsinin dekanı, professor Əmir Əliyevin “Heiko Krüger və onun Dağlıq Qarabağ münaqişəsi haqqında hüquqi araşdırmaları” mövzusunda məruzələri dinlənilib.

Tədbirdə Türkiyə səfirliyinin nümayəndəsi Halis Koyuncuoğlu və millət vəkili Gülər Əhmədovanın çıxışları olub.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR