Azərbaycanla Rusiya arasında 2012-2013-cü illər üçün Mədəniyyət sahəsində Əməkdaşlıq Proqramı imzalanıb

Azərbaycanla Rusiya arasında 2012-2013-cü illər üçün Mədəniyyət sahəsində Əməkdaşlıq Proqramı imzalanıb
# 22 oktyabr 2012 17:43 (UTC +04:00)
Bakı. Ülkər Rəşidqızı – APA. Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Rusiya Federasiyasında rəsmi səfərdədir. Nazirliyin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, oktyabrın 22-də Ə.Qarayev ilə Rusiya Federasiyasının mədəniyyət nazirinin müavini Alla Manilova arasında görüş keçirilib. Görüş zamanı Rusiya ilə Azərbaycan arasında mədəniyyət sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub, əsrlərə söykənən dostluq münasibətləri yüksək qiymətləndirilib.
Daha sonra "Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi ilə Rusiya Federasiyası Mədəniyyət Nazirliyi arasında 2012-2013-cü illər üçün Mədəniyyət sahəsində Əməkdaşlıq Proqramı"nın imzalanma mərasimi olub. Səfər çərçivəsində nazir Ə.Qarayevin Rusiya Federasiyasının mədəniyyət naziri V.R.Medinski ilə də görüşü nəzərdə tutulur.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR